ABŞ-nın Atlanta şəhərində ana yeniyetmə oğlunu güllələyib. Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə səbəb video oyun konsolu üstündə mübahisə olub. Ana oğlu ilə mübahisə etdikdən sonra ona bir neçə dəfə atəş açıb.
Şahidlər atəş səslərini Atlanta polisinə bildiriblər. Göstərilən ünvana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə çoxsaylı güllə yaraları ilə yerdə uzanmış 17 yaşlı yeniyetməni tapıblar. Oğlan xəstəxanaya yerləşdirilib.
Yeniyetmənin anası, 31 yaşlı Cakuana Butler hadisə yerində saxlanılıb.