Supermodel Naomi Kempbell ikinci dəfə ana olub.
Ucnoqta.az xəbər verir ki, o, xəbəri İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
“Əziz balam, bilin ki, varlığınızla bizi bəzədiyiniz andan etibarən sonsuz qiymətlisiniz və sevgi ilə əhatə olunmusunuz. Allahın əsl hədiyyəsi. Xoş gəldiniz balaca oğlan”, - deyə Naomi Kempbell qucağında yeni doğulmuş oğlunun ilk şəklini yerləşdirərək yazıb.
Supermodel əlavə edib ki, “ana olmaq heç vaxt gec deyil”.