Bakı şəhərində atanın həyat yoldaşı və övladını təqib edərkən avtomobilin vurduğu uşaq həlak olub.
Oxu.Az-ın məlumatına görə, görüntülərdə vurulan uşaq Balaxanı qəsəbə sakini, 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzadan əvvəl baş verən insidentlə bağlı əlavə araşdırmalar aparılır.
17:46
Bakı şəhərində ana və övladını maşın vurub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kişi qadını təpikləyib. Kişidən qaçan ana və uşağı maşın vurub.
Qeyd edilib ki, qadını döyən həyat yoldaşıdır.
Görüntüləri təqdim edirik: