"Real Madrid"in hücumçusu Kilian Mbappe ildə təxminən 60 milyon avro qazana biləcək
Ucnoqta.az xəbər verir ki, bu barədə El Debate jurnalının jurnalisti Tomas-Qonzales Martin Tvitter hesabında məlumat verib. "Real Madrid" "PSJ"nin fransalı hücumçusu Kilian Mbappenin transferi üzərində işləyir.
Onun sözlərinə görə, Mbappe İspaniya klubuna keçəcəyi təqdirdə, vergilərdən əlavə ildə 60 milyon avro alacaq.
Qeyd olunur ki, 24 yaşlı fransızın maksimum gəliri onun imicindən və reklam hüququndan asılı olacaq. Yəqin ki, Mbappe onların 65%-ni alacaq. Orta hesabla, kommersiya əməliyyatları nəzərə alınmaqla, o, ildə təxminən 60 milyon avro xalis qazanacaq.