"PSJ" Galtier ilə müqaviləni pozmaq barədə razılığa gəldikdən sonra Enrikeni təyin edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. Məlumata görə, Luis Enrikenin "PSJ"ə baş məşqçi təyin olunması ilə bağlı rəsmi açıqlama Fransa klubu ilə hazırkı komandanın baş məşqçisi Kristof Qaltye arasında aparılan danışıqlara görə yubanıb.
Enrike artıq "PSJ"də çalışacaq məşqçilər korpusunun seçimi ilə məşğuldur, lakin parislilər hələ ki, Qaltye ilə müqaviləni pozmaq üçün razılaşa bilməyiblər. Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
2022-ci ildə Galtier iki illik əmək müqaviləsi bağlayaraq "PSJ"nin baş məşqçisi vəzifəsinə dəvət edilib.