Həmin mahnını bu dəfə əmisi ilə oxudu - VİDEO

09:59 - 25 İyun 2023 - MAQAZİN

“Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli səhnədə əmisi ilə bərabər ifa edib.

Ucnoqta.az xəbər verir ki, ötən gün Bakıda canlı konsert proqramı ilə çıxış edən müğənni əmisi Xanhüseyn Hüseynovun “Sən şamsan əgər” mahnısını onun özü ilə birgə səsləndirib.

“Jony” daha əvvəl də bu mahnını oxuyaraq trendə çevirmişdi. ///qafqazinfo

Xəbər xətti