Argentina millisinin kapitanı Lionel Messi ilk dəfə "PSJ" azarkeşlərinin onu fitə basmasından danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport yazıb.
"Əvvəlcə hər şey əla idi, azarkeşlər məni ruhlandırırdılar, mən də tez-tez bu haqda danışırdım. Amma sonradan bəzi parisli azarkeşlər mənə fərqli münasibət bəsləməyə başladılar. Azarkeşlərin digər hissəsi - əksəriyyət - mənə ilk vaxtlar kimi yanaşırdı.
Aramızda parçalanma oldu. Təbii ki, bunu istəməzdim. Ancaq Mbappe və Neymarla əvvəllər olduğu kimi oldu. Bu, onların işidir. Amma hələ də əvvəldən məni dəstəkləyənlər haqqında düşünürəm”, - Messi deyib.