“Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik”.
Ucnoqta.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
“Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun da ortaya mövqe qoyur. Bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik. Fərdi şəkildə hər birimiz münasibət bildirə bilərik, amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”, - o, əlavə edib.