Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb.
Nəticədə Arif Məhərrəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, baş serjant A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olub.