Neymar 1 milyon cərimələnəcək - icazəsiz çimərlik qumundan istifadə edib

12:43 - 23 İyun 2023 - İDMAN

"PSJ"nin ulduzu Neymar Braziliyada ətraf mühitin pozulmasına görə 1 milyon avro cərimələnəcək

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Paris Saint-Germain-in futbolçusu Neymar futbolçunun Rio-de-Janeyro ştatındakı iqamətgahlarından birində ətraf mühitin pozulmasına görə 1 milyon avro cərimələnə bilər.

Neymar xüsusi icazə olmadan çimərlik qumundan istifadə etməkdə, torpağı qeyri-qanuni köçürməkdə və süni gölü təmin etmək üçün icazəsiz çaydan su götürməkdə ittiham olunur.

“Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və cərimənin tətbiqi olacaq. Hesablamalara görə və ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla, cərimə ən azı 5 milyon real (təxminən 950 min avro) təşkil edəcək”, – meriyanın məlumatında deyilir.

Xəbər xətti