Məşhur amerikalı müğənni Ava Maksın (Amanda Koçi) pərəstişkarı səhnəyə qaçaraq ifaçının üzünə zərbə endirib.
Ucnoqta.az TMZ-ə istinadən xəbər verir ki, hadisənin görüntülərini kameraya düşüb.
İyunun 20-də çərşənbə axşamı axşam ABŞ-ın Los-Anceles şəhərində ifaçı çıxış edərkən şounun tamaşaçılarından biri səhnəyə qaçaraq onu vurub. Mühafizəçilər cinayətkarı saxlaya bilsələr də, o, sənətçinin gözünü zədələyib