Naxçıvanda 17 yaşlı qızı öldürən şəxs həbs olundu

11:00 - 22 İyun 2023 - HADİSƏ

Naxçıvanda 17 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən Sərvin Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Kəngərli rayon Məhkəməsi 1999-cu il təvəllüdlü Sərvin Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, iyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xəbər xətti