Bakıda 11 yaşlı uşaq bıçaqlanıb.
APA xəbər verir ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Həsənov Sərkar Ağamirzə oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 2012-ci il təvəllüdlü Məmmədli Ömər Rufis oğlunu yoldan keçən qadınlara söz atması ilə bağlı aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.