Kriştiano Ronaldo çərşənbə axşamı Portuqaliya millisində 200-cü matçında meydana çıxıb
Ucnoqta.az xəbər verir ki, portuqaliyalı hücumçu bu göstəriciyə çatan ilk oyunçu olub.
Bu göstərici üzrə keçmiş rekordçu milli komandasının tərkibində 196 dəfə meydana daxil olan küveytli Bader əl-Mutava olub.
Ronaldo 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü turunun İslandiya ilə səfər matçında start götürüb.