Fransa millisinin hücumçusu Kristofer Nkunku Almaniya "Leyptsiq"indən "Çelsi"yə keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.
Məlumata görə, 25 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb.
"Transfermarkt"ın məlumatına görə, Nkunkunun transferi "Çelsi"yə 60 milyon avroya başa gəlib.
Nkunku 2019-cu ildən "Leyptsiq"də çıxış edir. 2021/22 mövsümündə bütün yarışlarda 35 qol vurub və Bundesliqada mövsümün oyunçusu seçilib.
Nkunku Fransa yığmasının heyətində on oyuna çıxıb.