"Əkizlərlə danışmıram" - Aysun

14:25 - 20 İyun 2023 - MAQAZİN

Müğənni Aysun İsmayılova və Sevil- Sevinc Səfərova arasında soyuq küləklər əsməyə başlayıb.

Ucnoqta.az Olay-a istinadla xəbər verir ki, 3 tanınmış simanın küsülü olduğu açıqlanıb.

Bu barədə “Səhər Mərkəzi” proqramında müzakirə aparılıb.  

Aysun deyib ki, əkizlərlə danışmır və bunun səbəbini bilmir:

“Bir zamanlar həddən artıq yaxın idik, amma hazırda bir-birimizə salam belə vermirik. Səbəbini də bilmirəm. Düşünürəm ki, “salam” qarşılıqlı olmalıdır. Bir ay əvvəl Moskvada toyda bir yerdə idik. Salam verməyənə mən də salam vermərəm.

Sayanın quluyam, saymayanın ağası. Üzünə baxırsan, göz süzdürürlər. Arada incikliklər var. Mən tərəfdən deyil. Onlar nə ediblərsə, özləri özlərinə ediblər”.

Xəbər xətti