Kür çayının Salyan rayonundan keçən hissəsinin sahilində kişi meyiti tapılıb.
Ucnoqta.az xəbər verir ki, meyitin rayonun Kürsəngi kənd sakini, 1963-cü il təvəllüdlü Həsənov Həsən Camaləddin oğluna aid olduğu müəyyən edilib.
O, müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
Meyitin üzərində hansısa zorakılıq əlaməti müşahidə olunmayıb.
Faktla bağlı araşdırma aparılır.