Bakıda təmir sexində yanğın baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus "Mercedes" markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.
Nəticədə Kamal Vəliyev, onun övladı 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıb.
Araşdırma aparılır.