Yeni Zelandiya Qətərlə matçda oyunçusunu təhqir etdiyi üçün ikinci hissəyə çıxmaqdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NZHeralda milli komandanın nümayəndəsi məlumat verib. Yeni Zelandiya millisi Qətərlə yoldaşlıq oyununun ikinci hissəsinə oyunçusu Maykl Boksala qarşı irqçi təhqirlər işlətdiyi üçün daxil olmaqdan imtina edib.
“Michael Boxall oyunun ilk yarısında Qətər oyunçusu tərəfindən irqçi təhqirlərə məruz qaldı. Hakimlər heç bir tədbir görmədikləri üçün komanda ikinci hissəyə getməməyə razılaşdı”, - deyə mənbə bildirib.
Birinci hissədən sonra hesab 1:0 Yeni Zelandiyanın xeyrinə olub. Yeganə qolu Marko Stameniç vurub.