Göyçayda qadın intihara cəhd edib.
APA xəbər verir ki, hadisə rayonun Mirzə Hüseynli kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı bu gün yaşadığı evdə özünü yandırıb. Yanıq xəsarətləri alan qadın Göyçay Mərkəzi rayon xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Fakt araşdırılır.