Astarada üzünü "laqonda" kəsən kişi öldü

16:03 - 19 İyun 2023 - HADİSƏ

Astarada üzünü "laqonda" kəsən kişi ölüb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti