“Sevilya”nın və İspaniya millisinin yarımmüdafiəçisi Xesus Navas Millətlər Liqasının finalında Xorvatiya üzərində qələbəsindən (0:0, penaltilər seriyasında 5:4) sonra tarixi nailiyyətin sahibi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Pedro Martinin öz Tvitter hesabında yazıb. 37 yaşlı futbolçu futbol tarixində dünya çempionatı, Avropa çempionatı və Millətlər Liqasında karyerasında fərqlənməyi bacaran ilk futbolçu olub.
Navas 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında dünya çempionu, 2012-ci ildə isə Polşa və Ukraynada keçirilən turnirdə Avropa çempionatının qalibi olub.
Navas ötən mövsüm "Sevilya" ilə Avropa Liqasının qalibi olub.
2022/23 mövsümünün İspaniya çempionatında 37 yaşlı yarımmüdafiəçi 32 oyun keçirib.