Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç kapitan Luka Modriçin milli komandadakı çıxışlarını davam etdirməsindən danışıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya millisinin baş məşqçisi Daliç deyib ki, Modriç gələcəyinə özü qərar verəcək.
“Luka fenomenal matç keçirdi, o, 120 dəqiqə dayanmadan qaçdı və mən onunla ancaq fəxr edə bilərəm. Yığmada karyerasını başa vurub bitirmək onun öz işidir. Bu, onun şəxsi seçimidir”, – Daliç 37 yaşlı Modriçin Millətlər Liqasının finalından sonra milli karyerasını bitirə biləcəyi ilə bağlı xəbərləri şərh edərkən deyib.
İyunun 18-də Millətlər Liqasının finalında İspaniya yığması ilə qarşılaşan Xorvatiya millisi rəqibinə penaltilər seriyasında uduzub - 4:5.
Oyundan sonra Modriç jurnalistlərə gələcəyi ilə bağlı qərar verdiyini açıqlasa da, hələlik planlarını açıqlamaqdan imtina edib.