Biləsuvarda keçmiş polis qətlə yetirilib

07:52 - 19 İyun 2023 - HADİSƏ

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Ucnoqta.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayram Oruc oğlu Bayramovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Araşdırma aparılır.

 

Xəbər xətti