"Real Madrid" "Tottenhem" və İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etmək planlarından imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Relevo yazıb. Nəşrin məlumatına görə, buna London klubunun həddindən artıq yüksək maliyyə tələbləri səbəb olub. "Real Madrid"in prezidenti Florentino Peres 29 yaşlı futbolçunun alınması üçün 100 milyon avro xərcləməyi düzgün hesab etmir.
Xatırladaq ki, bu yay "Real Madrid" Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqhem və "Rayo Valyekano"nun yarımmüdafiəçisi Fran Qarsiyanı, həmçinin "Espanyol"un hücumçusu Xoselunu icarəyə götürüb.
Peres Madrid klubunun "PSJ"dən hücumçu Kilian Mbappe ilə müqavilə imzalanması ilə bağlı şayiələrə baxmayaraq, bu yay transfer bazarında əlavə addım atmaq fikrində olmadığını söyləyib.