Gömrük generalı yüksək vəzifəyə təyin olundu

21:00 - 18 İyun 2023 - Xəbər

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis müavini təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general-leytenant Hüseynov İsmayıl Xəlil oğlu sözügedən qruma rəis müavini təyin edilib. 

Qeyd edək ki, İsmayıl Hüseynov 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb

İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Sonuncu vəzifəyə isə müvafiq əmrlə dünən gətirilib.

Ailəlidir, 2 övladı var. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general mayor İlqar Abbasovdur.


Xəbər xətti