“Düşünürəm ki, daha çoxuna layiq idik”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniya ilə 1:1 hesabı ilə bərabərə qaldıqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis komandasının “Dalğa Arena”da keçirdiyi görüşü dəyərləndirib: “İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Əgər 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik”.