Yasamalda ticarət obyektinə 9 min manata yaxın ziyan vuran şəxs saxlanıldı

12:32 - 17 İyun 2023 - HADİSƏ

İyunun 15-də Yasamal rayonu ərasizindəki marketə gəlmiş naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurmuşdur.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılmışdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər xətti