Bakıda 45 yaşlı kişi itkin düşüb.
Buu barədə polisə Bakı şəhəri sakini, 1940-cı il təvəllüdlü Heydər Vəliyev ərizə ilə müraciət edib.
O bildirib ki, oğlu 1978-ci il təvəllüdlü Ehtiram Vəliyev tanışı, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İnqilab Hüseynovla birlikdə iyunun 13-də oğluna məxsus “Mercedes” markalı avtomobillə yaşadığı ünvandan çıxıblar.
Daha sonra Səbail rayonu Badamdar yolunda avtomobili saxlayıb və “Toyota Prius” markalı avtomobilə əyləşərək oradan uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.///report