Lənkəranda bir ailənin 5 üzvü tortdan zəhərlənib

17:37 - 16 İyun 2023 - HADİSƏ

Lənkəranda bir ailənin 5 üzvü qidadan zəhərlənib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, zəhərlənmə rayonun Şovu kəndində baş verib. Ailənin gəlini - 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva 3 gün öncə bazardan aldığı ərzaqla tort bişirib. Bu gün ailə üzvləri səhər yeməyində 3 gün öncə bişirilən tortdan yeyiblər. Onla bir müddətdən sonra özlərini pis hiss ediblər. Günorta saatlarında təcili tibbi yardım avtomobili ilə ailə üzvləri - Marifə Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, eləcə də iki azyaşlı - 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva, 2018-ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hazırda onların hər birinin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Xəbər xətti