Stokholmda Beyonsa görə qiymətlər qalxıb

11:24 - 15 İyun 2023 - MAQAZİN

May ayında İsveçdə inflyasiya 10%-dən aşağı düşüb, lakin hələ də gözləniləndən yüksək idi, bəzi analitiklər superulduz Beyonsenin Stokholma gəlişinin təsir göstərdiyini düşünürdülər.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian yazıb.

İsveç Statistikası bildirib ki, elektrik enerjisi və ərzaq qiymətlərinin aşağı düşməsi may ayında inflyasiyanın aşağı düşməsinə səbəb olub. Eyni zamanda, bəzi mal və xidmətlərin qiyməti qalxıb. "Məsələn, mehmanxana və restoranlara baş çəkmək, istirahət xidmətləri və geyim", - agentliyin açıqlamasında deyilir.

Danske Bankın İsveç üzrə baş iqtisadçısı Maykl Qrenin fikrincə, Beyonsun Stokholma səfəri inflyasiyaya təsir edib.

Qran sosial mediada yazıb: "Beyonsenin İsveçdə dünya turnesinin başlaması may inflyasiyasına təsir göstərdi, amma nə qədər olduğu bilinmir".

İqtisadçının sözlərinə görə, ulduzun may ayında verdiyi konsertə görə inflyasiya 0,3 faiz bəndindən 0,2 faiz artıb.

Mayın ortalarında on minlərlə pərəstişkarı Beyonsenin yeddi ildə ilk solo turnesinə başlayan iki konsertinə qatılmaq üçün Stokholma axışıb. Hər konsertə 46 minə yaxın insan gəlib.

Xəbər xətti