Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqini iyunun 19-na qədər təxirə salıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a avropalı diplomatik mənbə bildirib.
"Səfirlər 11-ci sanksiyalar paketinin müzakirəsində irəli gedə bildilər, lakin hələ də yekunlaşdırılmalı olan bir neçə element var. Növbəti müzakirə gələn həftə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında aparılmalıdır", - deyə diplomat bildirib.