Ucnoqta.az
www.ucnoqta.az

Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqi təxirə salınıb

17:41 - 14 İyun 2023 tarixində dərc olunub.

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqini iyunun 19-na qədər təxirə salıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a avropalı diplomatik mənbə bildirib.

"Səfirlər 11-ci sanksiyalar paketinin müzakirəsində irəli gedə bildilər, lakin hələ də yekunlaşdırılmalı olan bir neçə element var. Növbəti müzakirə gələn həftə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında aparılmalıdır", - deyə diplomat bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası