Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin üç istiqamətdə minlərlə itkisi barədə məlumat yayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. İyunun 4-dən Ukrayna Silahlı Qüvvələri üç istiqamətdə - Yujno-Donetsk, Zaporojye və Donetskdə 7,5 minə yaxın itki verib.
“Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Yujno-Donetsk, Zaporojye və Donetsk istiqamətlərində uğursuz hücum əməliyyatları keçirərək, canlı qüvvə və texnikada xeyli itki verməkdə davam edib”, - deyə məlumatda bildirilir.