Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Silahlı Qüvvələri üç istiqamətdə 7 mindən çox itki veri - MN

15:29 - 14 İyun 2023 tarixində dərc olunub.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin üç istiqamətdə minlərlə itkisi barədə məlumat yayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. İyunun 4-dən Ukrayna Silahlı Qüvvələri üç istiqamətdə - Yujno-Donetsk, Zaporojye və Donetskdə 7,5 minə yaxın itki verib.

“Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Yujno-Donetsk, Zaporojye və Donetsk istiqamətlərində uğursuz hücum əməliyyatları keçirərək, canlı qüvvə və texnikada xeyli itki verməkdə davam edib”, - deyə məlumatda bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası