"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerası boyunca meydanda özünü ən rahat hiss etdiyi futbolçuların adını açıqlayıb.
Ucnoqta.az "TTPlus"a istinadən xəbər verir ki, Messi "Suares, Xavi, Neymar və Eto'O" deyib.
Xatırladaq ki, iyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda "Klermon"a qarşı meydana daxil olaraq PSJ ilə son matçına çıxıb. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatıb, o, azad agent kimi İnter Mayamiyə keçib.