Gündüz Abbaszadə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri postundan ayrıldığını təsdiqləyib.
Oxu.Az saytına açıqlama verən G.Abbaszadə postundan getdiyini bildirib.
15:52
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Gündüz Abbaszadənin klubun mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılması ilə bağlı açıqlama verib.
Oxu.Az-a danışan funksioner belə bir ehtimalın olduğunu bildirib:
"Gündüz Abbaszadə hələ ki, postundan ayrılmayıb. Ancaq ayrılması mümkündür, ola bilər. Özü ilə danışıqlar gedir", - deyə Ə.Çelikel bildirib.
15:40
“Qarabağ”da ayrılıq reallaşıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gündüz Abbaszadə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri postundan gedib.
O, dünən vəzifəsini tərk edib. Bu posta kimin təyin olunacağı hələlik məlum deyil.
Qeyd edək ki, G.Abbaszadə 2021-ci ildən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri idi.