Qətərin keçmiş baş nazirinin oğlu "Mançester Yunayted"in yeni sahibi olacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Vatan” qəzeti məlumat yayıb. Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim bin Cabir Al Taninin oğlunun təklifi uğurlu alınıb.
Şeyx Həməd bin Casim bin Cabir Al Taninin oğlu İngiltərənin “Mançester Yunayted” futbol klubunun yeni sahibi olacaq.
Şeyx Casimin son təklifinin uğurlu olduğu qeyd edilir. “Mançester Yunayted”in yeni sahiblərinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.