Belqorod vilayətində qatar iki pilotsuz təyyarənin hücumu nəticəsində relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Bildirilir ki, yük qatarının partlaması iyunun 10-da axşam saatlarında baş verib. "Liski - Starıy Oskol" qatarının maşinistinin sözlərinə görə, saat 22:00 radələrində lokomotiv kamikadze pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Onlardan biri lokomotivin qarşısında partlayıb, ikincisi isə quyruq hissəsinə dəyib.
Hücum nəticəsində 15 boş vaqon aşıb.