Ucnoqta.az
www.ucnoqta.az

Belqorodda qatar relsdən çıxaraq aşıb

13:14 - 12 İyun 2023 tarixində dərc olunub.

Belqorod vilayətində qatar iki pilotsuz təyyarənin hücumu nəticəsində relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Bildirilir ki, yük qatarının partlaması iyunun 10-da axşam saatlarında baş verib. "Liski - Starıy Oskol" qatarının maşinistinin sözlərinə görə, saat 22:00 radələrində lokomotiv kamikadze pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Onlardan biri lokomotivin qarşısında partlayıb, ikincisi isə quyruq hissəsinə dəyib.

Hücum nəticəsində 15 boş vaqon aşıb.

Müəllif: Ucnoqta.az redaksiyası