UEFA Çempionlar Liqası mövsümünün simvolik komandasını açıqlayıb

00:02 - 12 İyun 2023 - İDMAN

UEFA Çempionlar Liqası mövsümünün simvolik komandasını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rəsmi saytında Çempionlar Liqasının sonuncu püşkatmasının simvolik komandasına daxil olan futbolçuların siyahısını dərc edib. “Mançester Siti”nin 7 futbolçusu Çempionlar Liqasında Mövsümün Ulduzlu Komandasına seçilib

Qapıçı: Tibo Kurtua (Real Madrid)

Müdafiəçilər: Kayl Uoker, Ruben Dias (hər ikisi "Mançester Siti"), Alessandro Bastoni, Federiko Dimarko (hər ikisi "İnter")

Yarımmüdafiəçilər: Con Stounz, Rodri, Kevin De Bruyne (hamısı - "Mançester Siti")

Hücumçular: Bernardo Silva, Erlinq Haaland (hər ikisi Mançester Siti), Vinisius Junior (Real Madrid).

Xatırladaq ki, "Mançester Siti" turnirin finalında "İnter"i məğlub edərək Çempionlar Liqasının qalibi olub. “Şəhərlilər” üçün bu, klubun tarixində ilk Çempionlar Liqası kubokudur. Turnirin simvolik komandasına daxil olan Rodri turnirin finalında yeganə qola imza atıb.

Xəbər xətti