"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında məlumat verilib. Məlumata görə, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini Çempionlar Liqasının son püşkatmasının ən yaxşı oyunçusu kimi tanıyıb.
Xatırladaq ki, Rodri Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşmada yeganə qolu vurmuş və komandasını tarixdə ilk Çempionlar Liqası tituluna çıxarıb. Ümumilikdə Çempionlar Liqasının son püşkatmasında Rodri 2 qol vurmağı bacardığı 12 matçda iştirak edib. Onun ötürmə dəqiqliyi 93,8% olub. Transfermarktın məlumatına görə, ispan yarımmüdafiəçinin bazar dəyəri 80 milyon avrodur.