Qvineya millisinin kapitanı Nabi Keyta "Verder Bremen"ə keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi azad agent kimi "Verder Bremen"ə keçib. O, müqaviləsinin sonunda "Liverpul"dan ayrılıb.
Keyta son beş mövsümü "Liverpul"da keçirib.
Keyta 2018-ci ilin yayında 60 milyon avroya "Leypsiq"dən "Liverpul"a keçib. Lakin çoxsaylı zədələr səbəbindən futbolçu heç vaxt əsas komandanın oyunçusu olmayıb. Beş il ərzində qvineyalı ingilis klubunda 129 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.