"Nə edim ki, bu adam rahat yaşasın? Özümü öldürüm? Deyir ki, varlığın mənə travma verir. İki ildir ona reaksiya vermirəm. Elə bilir qorxuram ondan. Deyir ki, yerini bildi, oturdu yerində. Sən kimsən? Bir mənə, bir özünə bax gör kimsən?"
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva model Səmra Hüseynovanın ünvanına deyib. O, modeli polisə şikayət etməklə hədələyib:
"Elə etmə ki, gedim polisə səndən şikayət yazım, danışmamaq, uzaqlaşdırmaq qərarı çıxartdırım. Ən sonunda səni dəlixanaya saldıracağam. Ananı, atanı da bezdirmisən. Üzündən dəlilik yağır. Dəlisən, istəyirsən hamı dəli olsun. Mənim dəliliyim bu gündür, sabah keçəcək. Amma səni dəlixanada cürüdəcəyəm. Başa düşdün? Tanıyırsan, gözüm dönəndə bilirsən necə oluram. Sonuncu xəbərdarlığımdır".
Pərvin bildirib ki, qalmaqala səbəb Səmranın sosial şəbəkədə canlı yayımda onu və valideynlərini təhqir etməsi olub.
Səmra məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, danışarkən heç kimin adını çəkməyib:
"Min insan içində bəlkə Tofiqdən danışıram, başqasından bəhs edirəm. Kiminsə ailəsindən danışıramsa, kimsə öz üzərinə götürürsə, mənim problemim deyil. Hansı faktla deyir ki, başıma nəsə gələ bilər? Nə gəlməlidir? Hansı qanunla məni dəlixanaya saldırmaq istəyir? Mən dövlətimdə hələ belə qanun görməmişəm".