Ukraynanın NATO-ya üzvlük məsələsi praktiki olaraq həll olunub - Stoltenberq

14:11 - 9 İyun 2023 - DÜNYA

Ukraynanın NATO-ya üzvlük məsələsi praktiki olaraq həll olunub

Ucnoqta.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, buna Putinin veto hüququ yoxdur.

Alyansın baş katibinin qeyd etdiyi kimi, müttəfiqlər dəfələrlə Ukraynanın NATO-ya üzv olacağı ilə razılaşdıqlarını bəyan ediblər.

"Biz yekdilliklə qərara gəldik ki, Ukraynanı rəsmən dəvət etmək vaxtı gələndə yalnız Ukrayna və təşkilat üzvləri qərar verməlidir. Və bu heç bir halda Moskva və Putindən asılı deyil. Onun NATO-nun genişlənməsinə veto qoymaq hüququ yoxdur", - Stoltenberq bildirib.

Xəbər xətti