Fransada bıçaqlı şəxs uşaqlara hücum edib - 6 nəfər yaralanıb

16:27 - 8 İyun 2023 - HADİSƏ

Fransanın cənub-şərqində, Annesi kommunasında "Avropa bağları" parkında bir qrup uşağa bıçaqla hücum edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Yuxarı Savoya departamentinin prefekturasından bildirilib. Məlumata görə, nəticədə 4-ü uşaq olmaqla 6 nəfər yaralanıb. Uşaqların əksəriyyəti üç yaşından kiçik uşaqlar olub.  Onların hamısı xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb.

Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır, onlar təcili olaraq xilasedici helikopterlərlə xəstəxanaya yerləşdiriliblər.

Xəbər xətti