"İnter"in baş məşqçisi İnzaqi Çempionlar Liqasında "Mançester Siti" ilə çətin oyuna hazır olduğunu bildirib
Ucnoqta.az Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytına istinadən xəbər verir ki, “İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının final qarşılaşmasından nə gözlədiyini açıqlayıb.
“Matç çox çətin olacaq. Biz favorit deyilik, amma futbolu gözəl edən də budur. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayırıq. Bu komandanın məşqçisi hamıya yaxşı tanışdır, lakin biz mümkün qədər yaxşı hazırlaşmağa çalışacağıq”, - deyə mütəxəssis bildirib.
Avropanın əsas klub turnirinin finalı iyunun 10-da İstanbulda keçiriləcək.
Xatırladaq ki, “Mançester Siti” turnirin yarımfinalında “Real”ı məğlub edib, “İnter” isə “Milan”dan güclü olub.