"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubunun Milan "İnter"i ilə qarşılaşacağı Çempionlar Liqasının final oyunu haqda danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.
“Bir arzumuzu reallaşdırmaq üçün İstanbula gedəcəyik, yaxşı oyun göstərib finalda qalib gəlməyə çalışacağıq. İki il əvvəl bunu etmək şansımız var idi, keçən il finala çox yaxın idik. İndi biz yenidən buradayıq və bütün gücümüzü verəcəyik”, - deyə mütəxəssis bildirib.
Avropanın əsas klub turnirinin finalı iyunun 10-da İstanbulda keçiriləcək.
Xatırladaq ki, “Mançester Siti” turnirin yarımfinalında “Real”ı məğlub edib, “İnter” isə “Milan”dan güclü olub.