Kaxovka su elektrik stansiyasına hücum hərbi cinayətdir - Britaniya XİN

15:45 - 6 İyun 2023 - DÜNYA

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli Kaxovka su elektrik stansiyasına hücumu hərbi cinayət adlandırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb. Böyük Britaniyanın xarici işlər naziri Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasına hücumu müharibə cinayəti adlandıraraq, Ukraynaya və bəndin dağıdılması nəticəsində zərər çəkənlərə yardım edəcəyinə söz verib.

"Kaxovkada bəndin dağıdılması iyrənc bir hərəkətdir. Yalnız mülki infrastruktura qarşı məqsədyönlü zərbə müharibə cinayətidir. Böyük Britaniya Ukraynaya və bu fəlakətdən zərər çəkənlərə dəstək verməyə hazırdır" - nazir qeyd edib.

Xəbər xətti