Ukraynada Kaxovka su elektrik stansiyası (SES) partladılıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər teleqramda yayılıb.
Ukrayna "Cənub" operativ komandanlığı SES-in Rusiya silahlı qüvvələri tərəfindən partladıldığını iddia edir. Fəlakətin miqyası hələlik rəsmi olaraq açıqlanmayıb.Görüntülərə əsasən, Kaxovka su anbarından nəzarətsiz su axması başlayıb.
Bu, Dneprdən aşağı olan Xerson bölgəsinin ərazilərini geniş miqyaslı su basması ilə təhdid edir.